Məhkəmə Con Lennonun qatili barədə qərar verdi

Məhkəmə Con Lennonun qatili barədə qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya şöhrətli “Beatles” qrupunun üzvü Con Lennonun qatili Deyvid Çapmanın azad edilməsi barədə tələb 10-cu dəfə rədd edilib.
Qaynarinfo NY Daily News-a istinadən xəbər verir ki, onun daha 2 il həbsdə qalmasına qərar verilib. Lennonun pərəstişkarı olan Deyvid 1980-ci ildə heç bir səbəb olmadan Lennonu odlu silahla qətlə yetirmiş və 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lennonun həyat yoldaşı olmuş Yoko Ono məhkəməyə müraciət edərək Çapmanın azad edilməsinin onun və Lennonun 2 oğlu üçün təhlükəli olacağını bildirib. Məhkəmə cinayətkarın azad edilməsinin cəmiyyət üçün təhlükə yarada biləcəyinə qərar verib.
Qeyd edək ki, ötən məhkəmələrdə Deyvid Çapman Lennonun onu bu əməlinə görə bağışlayacağını dilə gətirmiş, törətdiyi cinayətə görə həbsdə qalmaq istədiyini bildirmişdi.