“McDonald’s” salatından zəhərlənənlərin sayı 500-ü keçdi – VİDEO

“McDonald’s” salatından zəhərlənənlərin sayı 500-ü keçdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-da “McDonald’s” restoranlar şəbəkəsində yedikləri salatdan zəhərlənənlərin sayı 500 nəfəri keçib.
Bundan əvvəl – iyulun ortalarında “McDonald’s” salatından zəhərlənmə ilə bağlı təqribən 90 hal qeydə alınmışdı.
Araşdırmalar göstərib ki, “Fresh Express” adlı salatda xəstəlik törədici “Cyclospora cayetanensis” mikroskopik paraziti olub. Hadisədən sonra restoran rəhbərliyi 3 min qida yerindən salatları geri qaytarıb və məhsul tədarükçüsünü dəyişib.
Ümumilikdə 16 ştatda zəhərlənmə faktı qeydə alınıb.