Koxalski “Qarabağ”dan gedir? – Özü AÇIQLADI

Koxalski “Qarabağ”dan gedir? – Özü AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın qapıçısı Mateus Koxalski komandadan ayrılacağı ilə bağlı suala cavab verib.

Tribuna.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının 28-ci turunda “Sabah”a 0:1 hesablı məğlubiyyətdən sonra bu barədə danışıb.

Koxalski bu ehtimalın yarı-yarıya olduğunu bildirib:

“Növbəti mövsüm komandada qalma şansım yarı-yarıyadır. Nə olacağını özüm də tam bilmirəm. Hazırda dəqiq şəkildə qalacağımı, yoxsa gedəcəyimi demək çətindir”.