“Kingsmart”da ciddi narazılıq: İş saatı çox, maaş az… – FOTO

“Kingsmart”da ciddi narazılıq: İş saatı çox, maaş az… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kingsmart” mağazalar şəbəkəsində çalışan işçilərin əmək hüquqlarının pozulduğu ilə bağlı məlumat yayılıb.

Tribuna.az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov sosial şəbəkə hesabında yazıb. Jurnalistə müraciət edən əməkdaşlar iş saatları, əməkhaqqının ödənilməsi və işdən çıxarılma qaydaları ilə bağlı narazılıqlarını bildiriblər.

İşçilərin sözlərinə görə, onlar əvvəlcə gündə 10 saatlıq iş rejimində çalışıblar, sonradan isə iş saatları 9,5 saata endirilib.

Müraciətdə əməkhaqlarının bank kartlarına faktiki qazancdan daha az köçürüldüyü də iddia olunur.

Bildirilir ki, kredit üçün banka müraciət edən zaman əməkdaşlara rəsmi gəlirlərinin daha aşağı göstərildiyi məlum olur.

İşçilər həmçinin işdən ayrılmaq istəyən əməkdaşlardan 15 gün əlavə işləmələrinin tələb olunduğunu, lakin bəzi hallarda işçilərin heç bir əsaslandırma olmadan işdən çıxarıldığını bildirirlər. İddialara görə, işdən ayrılan bəzi əməkdaşların son əməkhaqları da tam ödənilmir.

Məlumata görə, artıq 10 nəfər bu hallarla bağlı hüquqi qaydada şikayət etməyə hazırlaşır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul