Rusiya ilə münaqişə nəticəsində 768 uşaq ukraynalı həlak olub.
Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk “X” sosial şəbəkəsində yazıb.
“2022-ci il fevralın 24-dən (Rusiya-Ukrayna münaqişəsi başlayandan – red.) 768 ukraynalı uşaq öldürülüb. Dünən Rusiya pilotsuz uçuş aparatı Ukraynada daha bir uşağın həyatına son qoydu. Nur içində yat, Arina Pidruçnaya”, – o qeyd edib.









