ABŞ-da Konqres seçkiləri keçirilir: Tramp üçün ciddi sınaq

ABŞ-da Konqres seçkiləri keçirilir: Tramp üçün ciddi sınaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da bu gün, noyabrın 3-də Konqresə aralıq seçkiləri keçirilir. Səsvermənin nəticələri ölkədə siyasi qüvvələr nisbətinə və Prezident Donald Tramp administrasiyasının növbəti iki il ərzində fəaliyyət imkanlarına təsir göstərə bilər.

Tribuna.az  xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 100 yerindən 35-i uğrunda mübarizə aparılır. Bundan başqa, ölkənin 36 ştatında qubernator seçkiləri keçirilir.

Hazırda Respublikaçılar Partiyası Konqresin hər iki palatasında çoxluğa sahibdir. Nümayəndələr Palatasında respublikaçılar 218, demokratlar isə 214 yerlə təmsil olunur. Senatda isə respublikaçıların 53-47 üstünlüyü var.

Demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə etmək üçün hər birində xalis dörd yer qazanmalıdırlar. Seçkilərin əsas diqqət mərkəzində məhz bu siyasi balansın dəyişib-dəyişməyəcəyi dayanır.

Demokratların palatalardan birində və ya hər ikisində çoxluğu əldə etməsi Donald Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinin həyata keçirilməsini çətinləşdirə bilər. Bu halda demokratlar Konqres komitələrində daha geniş nəzarət imkanları qazana, administrasiyanın fəaliyyətini araşdıra və bəzi qərarların qəbuluna mane ola bilərlər.

Seçkilərin nəticələri ABŞ-ın xarici siyasətinə, o cümlədən Ukrayna və Rusiya ilə münasibətlərinə, İsrailə hərbi dəstəyinə, həmçinin büdcə və iqtisadi siyasətinə də təsir göstərə bilər.

Qeyd edək ki, aralıq seçkilər ABŞ-da prezidentlik müddətinin ortasında keçirilir və prezidentin özü bu səsvermədə yenidən seçilmir. Yeni seçilmiş Konqres üzvlərinin səlahiyyət müddəti 2027-ci il yanvarın 3-də başlayacaq.

İmran Kərimli