Türkiyə iqtisadiyyatında yeni rekord – Dollar 50 lirə həddinə çatdı

Türkiyə iqtisadiyyatında yeni rekord – Dollar 50 lirə həddinə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə milli valyutası dollar qarşısında tarixi minimum səviyyəyə yaxınlaşıb. ABŞ dollarının məzənnəsi 50 lirəlik psixoloji həddi keçərək yeni rekord müəyyənləşdirib.

Tribuna.az xəbər verir ki, beynəlxalq iqtisadi məlumat platforması Trading Economics-in göstəricilərinə əsasən, 2 noyabr tarixində dolların məzənnəsi 50,01 lirəyədək yüksəlib.

Platformanın məlumatına görə, Türkiyə lirəsi son bir ildə dollar qarşısında təxminən 18,8 faiz dəyər itirib. Son bir ayda isə ucuzlaşma 1,7 faiz təşkil edib.

Bloomberg HT-nin noyabrın 2-də səhər saatlarında açıqladığı məlumatda isə dolların sərbəst bazarda 49,97 lirədən başladığı bildirilir. Bu göstərici lirənin 50 lirəlik həddə nə qədər yaxınlaşdığını göstərir.

Türkiyə valyutasının zəifləməsi ölkənin iqtisadi gündəmində əsas müzakirə mövzularından biri olaraq qalır. Məzənnədəki dəyişikliklər idxal xərclərinə, xarici valyutada borclanmanın dəyərinə və inflyasiya gözləntilərinə təsir göstərə bilər.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı oktyabr ayında əsas faiz dərəcəsini 100 baza bəndi azaldaraq 36 faizə endirib. Sentyabrda isə ölkədə illik inflyasiya 29,73 faiz təşkil edib.