Dambrauskas “Fənərbaxça”dan təklif alıb? – Özü açıqladı

Dambrauskas “Fənərbaxça”dan təklif alıb? – Özü açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Fənərbaxça”dan təklif alması ilə bağlı xəbərlərə münasibət bildirib.

 Tribuna.az xəbər verir ki, o, “CBC Sport”a açıqlamasında bu barədə danışıb.

“Fənərbaxça”ya gedəcəyimlə bağlı xəbərlər reallığı əks etdirmir. Buna görə də şaiyələri şərh etmək istəmirəm”, – o qeyd edib.

Litvalı mütəxəssis həmçinin Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə Norveçin “Vikinq” klubuna qarşı keçirəcəkləri matç barədə də fikirlərini bildirib: “Çempionlar Liqasında heç bir oyun asan keçmir. Hazırlaşmaq üçün vaxtımız az idi. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik. Rəqibin 14 ev oyununda məğlub olmaması və süni örtüklü meydançada oynamasını dəyişə bilmərik. Sadəcə öz oyunumuza köklənməliyik”.

Qeyd edək ki, “Vikinq” – “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtilə saat 00:00-da başlayacaq.