“Kontakt Home”dan şikayətlər səngimir – Foto

“Kontakt Home”dan şikayətlər səngimir – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı şikayətlər artmaqda davam edir.

Tribuna.az xəbər verir ki, Cavid İlham İbrahimov adlı şəxs şirkətin rəsmi internet saytı vasitəsilə verdiyi onlayn sifarişlə bağlı problemlə üzləşdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, o, 18 oktyabr 2026-cı il tarixində “Kontakt Home”un rəsmi saytından onlayn sifariş verib. Həmin vaxt bank kartından 199,99 manat məbləğində pul tutulub və ona sifariş nömrəsi təqdim edilib.

Lakin Cavid İlham İbrahimovun bildirdiyinə görə, bir gün sonra məlum olub ki, şirkətin sistemində həmin nömrə ilə sifariş mövcud deyil.

Şikayətçi qeyd edib ki, 10 gündən artıqdır məsələ ilə bağlı şirkətə zəng edir, mesajlar yazır, lakin problem həll olunmur. Onun sözlərinə görə, ödənişə dair çekləri, əməliyyat nömrəsini və digər sübutları da təqdim edib.

“‘Məsələ yönləndirildi’ deyib heç bir şey etmirlər. Hesabdan səhvən tutulan pulu qaytarmaq nə çətin iş imiş, mən anlamıram”, – deyə şikayətçi narazılığını ifadə edib.

Xatırladaq ki, “Kontakt Home”la bağlı bu ilk narazılıq və şikayət deyil. Müştərilər sözügedən şəbəkənin məhsulları, xidmət səviyyəsi, müştəriyə olan münasibəti ilə bağlı dəfələrlə narazılıqlarını bildirib və şikayət ediblər.

Qeyd olunan məsələ ilə bağlı “Kontakt Home” şirkətinin mövqeyini öyrənməyə hazırıq.

Gülşən Rəsul