Azərbaycanlıların  bank kartlarını talayan şəbəkəyə zərbə – Əməliyyat

Azərbaycanlıların bank kartlarını talayan şəbəkəyə zərbə – Əməliyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Azərbaycan vətəndaşlarının bank kartlarından pul vəsaitlərini talayan beynəlxalq kiberdələduzluq şəbəkəsinin fəaliyyətinə qarşı əməliyyat keçirilib.

Tribuna.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, əməliyyat beynəlxalq kiberdələduzluq şəbəkəsinin fəaliyyət göstərdiyi “Call center”lərə qarşı yönəlib.

Hadisə ilə bağlı ətraflı məlumatın daha sonra açıqlanacağı bildirilir.

Əlavə məlumat verildikdən sonra əməliyyatın təfərrüatları, saxlanılan şəxslərin sayı və dəstənin fəaliyyəti barədə məlumatlar dəqiqləşdiriləcək.

Gülşən Rəsul