Hazırda Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Tribuna.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda sıxlıq olan yollar:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, “Koroğlu” m/st istiqamətində;
7. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Gülşən Rəsul









