Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranın ali rəhbəri Müctəba Xamenei hökumətə İran-ABŞ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün ABŞ ilə danışıqlar aparmaq səlahiyyətləri verib.
Tribuna.az  xəbər verir ki, bu barədə İran Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Prezident Məsud Pezeşkian noyabrın 2-də əyalətlərin qubernatorları və böyük şəhərlərin merləri ilə görüşdə deyib:
“Biz problemi dialoq yolu ilə həll etmək üçün səy göstəririk. Bu məsələdə ali rəhbər də hökumətə müəyyən səlahiyyətlər verib”.
O, ABŞ və İsrailin İslam Respublikasına qarşı müharibəsinin səbəb olduğu problem və çağırışların aradan qaldırılması proseslərində ölkə əhalisinin iştirakının vacibliyini bildirib.