Penitensiar Xidmətin rəisi təyin olunan Sahib Cəlil oğlu Rzayevlə bağlı bəzi məqamlar üzə çıxıb.
Tribuna.az xəbər verir ki, Sahib Rzayevin “Balakhani Operating Company LTD” şirkətinin rəhbəri Rövşən Cəlil oğlu Rzayevin qardaşı olduğu məlum olub.
Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilən Sahib Rzayev bundan əvvəl Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Sahib Rzayev 1977-ci ildə anadan olub. O, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirib, 2011-ci ildə isə beynəlxalq hüquq üzrə magistr dərəcəsi alıb. Müxtəlif illərdə daxili işlər orqanlarında və Fövqəladə Hallar Nazirliyində rəhbər vəzifələrdə çalışıb. 2025-ci ilin iyulundan yeni təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsini tutub.
Xatırladaq ki, Rövşən Rzayevin rəhbərlik etdiyi “Balakhani Operating Company LTD” şirkətinin adı daha əvvəl məhkəmə mübahisəsi və mediada yayılan müxtəlif iddialarla gündəmə gəlib.
Belə ki, şirkətin keçmiş prezidenti, Kanada vətəndaşı Volker Ceyms Alan əmək mübahisəsi ilə əlaqədar məhkəməyə müraciət edərək işə bərpa olunmasını və ödənilməmiş əməkhaqqının verilməsini tələb edib. İş Yasamal Rayon Məhkəməsində araşdırılıb.
Bundan başqa, 2025-ci ildə mediada şirkətin rəhbərliyi, əməkdaşların maaşları və idarəetmə məsələləri ilə bağlı müxtəlif iddialar dərc olunub.
Gülşən Rəsul









