“Kapital Bank”a məxsus BOKT 7 filialını birdən bağlayıb

“Kapital Bank”a məxsus BOKT 7 filialını birdən bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank” ASC-yə məxsus “Bir Kredit BOKT” MMC 2026-cı ilin birinci yarısında 7 filialını bağlayıb.

Tribuna.az -ın əldə etdiyi məlumata görə, BOKT-nin 15, 16, 17, 18, 19, 20 və 21 saylı filialların bağlanması barədə qərar mayın 15-də qəbul olunub.

Bağlanan filialların altısı paytaxtda, biri isə Gəncədə yerləşib. Hesabat dövründə təşkilat yeni filial və nümayəndəlik açmayıb. Filialların bağlanmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 2018-ci il mayın 3-də dövlət qeydiyyatına alınmış “Bir Kredit BOKT” MMC-nin kapitalının 100%-i “Kapital Bank”a məxsusdur. İyunun sonuna təşkilatın nizamnamə kapitalı 108,3 milyon manat təşkil edib.

Fərda Uğur