“Rusiya hücumlarına və Ukraynanı bombalamağa davam edir”.
TİA.AZ-ın məlumatına görə, bunu Azərbaycanın qadın karateçisi İrina Zaretska şəxsi instaqram səhifəsində yazıb.
Əslən Ukraynadan olan 26 yaşlı idmançı ölkəsinə olan hərbi müdaxilənin xilasetmə əməliyyatı olmadığını bildirib: “Bu, müharibədir. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük”.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 61 kq-dan yuxarı çəki dərəcəsində gümüş mükafatçısı olan İrina Zaretska həm də 68 kq çəkidə 2 qat dünya və Avropa çempionudur.









