HOVUZ TƏHLÜKƏSİ… BU XƏSTƏLİKLƏRƏ YOLUXA BİLƏRSİNİZ…

HOVUZ TƏHLÜKƏSİ… BU XƏSTƏLİKLƏRƏ YOLUXA BİLƏRSİNİZ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayda bir çoxumuz sərinləmək üçün hovuzlara üz tuturuq. Ancaq bu hovuzlardakı təhlükə heç vaxt bizi narahat etməyib. Halbuki təmizliyinə əhəmiyyət vermədiyimiz hovuz sağlamlığımız üçün ciddi problem yarada bilər.

Tribuna.az yazır ki, İnfeksion Xəstəliklər və Klinik Mikrobiyologiya üzrə mütəxəssis Hakan Kutlunun sözlərinə görə, hovuzlar kifayət qədər dezinfeksiya edilmədiyində xəstəlik riski artır. Sağlam, xəstə ya da daşıyıcı bir çox şəxsin eyni hovuzdan istifadə etməsi və mikrobların da isti hava səbəbilə daha cox yayılması ilə bərabər ishal, dəri, nəfəs yolu infeksiyaları kimi müxtəlif problemlər ortaya çıxa bilir.

Həmçinin həkim bildirib ki, baxımsız hovuzlarda qulaq yolu infeksiyaları ortaya çıxa bilər:

“Şiddətli qulaq ağrısı, xarici qulaq yolunda şişmə, qulaq axıntısı, tıxanma və eşitmə probleminə belə yol açır. Bütün yaş qruplarında ortaya çıxsa da ən çox uşaqlar arasında rast gəlinir. Qulaqları mümkün qədər quru tutmaq, üzərkən qulaq tıxacı taxmaq lazımdır.
Hovuz suyu ilə birbaşa temasda olan gözlərdə də bir çox bakteriya, virus və göbələklərə bağlı xəstəliklər ortaya çıxa bilər. Bu problemlər hətta görməni əngəlləyə, korluğa qədər gətirib çıxara bilər. Xüsusilə diabet xəstələrində immunitetin zəif olduğu vəziyyətdə infeksiya risqi də artır. Su altında gözləri açmamaq və ya üzərkən eynək istifadə etmək bu cür infeksiyalara yoluxmaqdan qoruya bilər”.