Avstriya xarici işlər naziri Karin Knayslın toyuna gedən Putini orada da işlətmək istəyirlər. Həm də başqası yox, məzh gəlin.
Belə ki, gəlin- nazir toy çərçivəsində Rusiya prezidenti ilə işgüzar söhbət aparmaq niyyətindədir. Cebhe.info xəbər verir ki, bu barədə məlumatı ORF kanalı XİN-dəki mənbələrə istinadən yayıb.
Baxmayaraq ki, Putin toya dəvətli kimi qatılacaq, ancaq iki ölkənin münasibətlərinə dair müzakirə də aparılacaq. Mühafizə isə Avstriya hökuməti tərəfindən təmin olunacaq.
Xatırladaq ki, Putin toya Don kazaklarını da aparacaq. Kazak xorunun 10 üzvü bəy və gəlinə mahnı oxuyacaq.
53 yaşlı Knaysl bisnesmen Volfqanq Maylinqerlə ailə qurur. Putin də toya gəlin nazir tərəfindən dəvət alıb.









