Cavid Cəfərzadə: “Layihənin məktəbimizdə icrasına şərait yaratdıqlarına görə Elmvə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təsəkkür edirik”
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant əsasında reallaşdırdığı “Evimiz-Dəyərlərimiz” layihəsinin icrasını Bakı şəhəri Hatəm İskəndərov adına 206 saylı tam orta məktəbdə davam etdirdi.
Tribuna.az xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Cavid Cəfərzadə açaraq iştirakçıları salamladıqdan sonra ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra direktor torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhunu yad etmək üçün hamını bir dəqiqəlik saygı duruşuna dəvət etdi. Çıxışına davam edən C.Cəfərzadə 206 saylı tam orta məktəbdə “Evimiz-Dəyərlərimiz” layihəsinin icrasına şərait yaratdıqlarına görə Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə öz təsəkkürünü bildirdi. Layihənin müsbət cəhətlərini xüsusi qeyd etdikdən sonra sözü Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri, adıçəkilən layihənin müəllifi Əli Cəfərova verdi. Əli Cəfərov çıxışına qədim yunan filosof-alimi Sokratın və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin fikirlərinə istinadla başlayaraq bildirdi kı, “təravətini özündə saxlayan yaşıl budaqları istənilən istiqamətə yönəltmək olur, amma təravətini itirmiş, quru budaqları əyməyə çalışsaq da onlar nəinki düzəlməyəcək, hətta qırılıb-dağılacaq. Bu, o deməkdir kı, yeniyetmələrə təlim-tərbiyəni erkən yaşlarından başlamaq lazımdı. Bizim layihənin də əsas qayəsi budur ki, yeniyetmələrimizə ailə dəyərlərimizi qoruyuib saxlamaqla yanaşı, onların hər birinin ailə dəyərlərimizin təbligatcısına çevrilməsinə nail olunsun. Unutmamalıyıq ki, uşaq ailədə dünyaya göz aşır, ilk sevgini və dəyəri də ailədə görür”.
Əli müəllim həmçinin bütün qızların təhsilə cəlb edilməsi və onların təhsil almasının vacibliyi məsələsinə də toxunaraq H.Z.Tagıyevin bu əsnada dediyi məşhur sözlərini sitat gətirdi: “Bir oğlan uşağına təhsil verərkən, savadlı bir insan alırsız, bir qız uşağına təhsil verərkən isə savadlı ailə qazanırsız”. Bu fikirləri səsləndirən layihə rəhbəri qızlarımızın ailə dəyərlərimizin təbligindəki rolunu xüsüsi vurguladı, usaqlarımızın bir şəxsiyyət kimi formalaşdırılmasının əsas faktorlarından biri kimi daim diqqətdə saxlanılmasının vacibliyini ön plana çəkdi.
Mehman Piriyev: “Şagirdlər layihə vasitəsilə kifayət qədər maarifləndilər”
Sonra Bakı Uşaq və Gənclər Teatrının (BUGT) rejissor və aktyoru Mehman Piriyev şagirdlərlə sonuncu təlimlərə başladı.
Təlimçı 206 saylı məktəbin şagirdləri ilə son bir neçə ünsiyyətinin onda gözəl təəssürat yaratdığını deyib şagirdlərin ailə dəyərləri mövzusuna çox həssas yanaşdıqlarını və layihə vasitəsilə kifayət qədər maarifləndiklərini qeyd etdi: “Məlumdur ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Demokratiyanın və Milli Dəyərlərin Təbligi İçtimai Birliyinin “Evimiz-Dəyərlərimiz” layihəsi sizin məktəbdə icra edilir və bu gün sizinlə sonuncu tədbirimizdi. Ssenarinin müəllifi BUGT teatrıdır. Onu da bildirmək istəyirəm ki, sizinlə birgə milli və ailə dəyərlərimizlə bağlı tədbirdə istirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm. Bir daha təkrar edirəm ki, söhbət ailə dəyərlərimizdən gedirsə, bu mənim üçün ikiqat əlamətdardı. Çünki hesab edirəm ki, hər birimiz bu dəyərləri qorumalı və yaşatmalıyıq. Söhbət sevgidən gedirsə, biləsiniz ki, ən böyük sevgi Vətənə olan sevgidir. Biz Vətənimizi sevmiriksə nə ailəni, nə də təbiəti sevə bilərik. Hə, dostlar indi məşqə başlayaq. Bilirəm ki, hər biriniz mükəmməlsiniz. İndi isə layihəmizin ruhuna uyğun “Azərbaycan” seiri ilə başlayırıq və bu şeiri söyləmək üçün səhnəyə şagirdlər Murad Mütəllibov və Şəfaqət Süleymanovanı dəvət edirəm”.
Sonra səhnəyə alqışlarla digər şagird Zəhra Orucova dəvət edildi. O, “Azərbaycan bayrağı” serini səsləndirdi. Sonra söz VI snif şagirdi Cihad Məmmədzadəyə verildi. O, isə “Yaşa mənim xalqım “ mahnısını ifa etdi. İştirakçılar Cihad Məmmədzadəni alqıslarla yola saldılar.
M.Piriyev səhnəciyi ifa edən uşaqları bir-bir təqdim etdi. Şagirdlər səhnəni tamaşaçılar qarşısında yüksək səviyyədə canlandırdılar. Rəhimov Cəlal “ata”, Babayeva Fatimə “ana”, Əlizadə Günay “nənə”, Məmmədzadə Eldar “oğul” rolunu, Dadaşzadə Leyla isə “uşaq” rollarını çox yüksək səviyyədə ifa etdilər.
Tədbirdən sonra məktəb rəhbərliyi və İB sədri uşaqlara həvəsləndirici sertifikatlar təqdim etdilər.
Təlimin gedişiatından foto və video çəkilişləri aparıldı.













