Elza Seyidcahanın yeni görünüşü müzakirələrə səbəb oldu (FOTO)

Elza Seyidcahanın yeni görünüşü müzakirələrə səbəb oldu (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son dövrlərdə estetik əməliyyatlara müraciət edən sənət adamlarının sayı artmaqdadır. Bu tendensiya həm yerli, həm də beynəlxalq şou-biznesdə geniş yayılıb və tanınmış simaların xarici görünüşündəki dəyişikliklər tez-tez ictimai müzakirə mövzusuna çevrilir. Bu kontekstdə Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan da yeni görkəmi ilə diqqət çəkib.
Tribuna.az -ın məlumatına görə, bəstəkar-müğənni sivi üzgərmə əməliyyatı etdirib. Onun yeni görünüşü sosial mediada və ictimaiyyət arasında maraq doğurub.
İzləyicilərin bir qismi sənətçini ilk baxışda tanımaqda çətinlik çəkdiklərini qeyd etsə də, bir çoxları estetik prosedurun uğurlu alındığını vurğulayıb.
Ekspertlərin fikrincə, bu cür dəyişikliklər müasir dövrdə daha çox fərdi seçim və vizual imicin yenilənməsi ilə bağlıdır. Sənət adamları isə daim diqqət mərkəzində olduqları üçün bu kimi addımlar onların ictimai obrazına birbaşa təsir göstərir.
Qaynarinfo