Dünya ulduzu 550 milyon dollarlıq sərvətini övladlarına verməyəcək – “Gedin, işləyin”

Dünya ulduzu 550 milyon dollarlıq sərvətini övladlarına verməyəcək – “Gedin, işləyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur britaniyalı musiqiçi Sting sərvəti ilə bağlı açıqlaması ilə diqqət çəkib.
 
Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 550 milyon dollarlıq var-dövlətə sahib sənətçi bildirib ki, övladlarına miras qoymağı düşünmür.

Musiqiçinin sözlərinə görə, uşaqları həyatda uğuru öz zəhmətləri və bacarıqları hesabına qazanmalıdırlar:

“Onların əsas prioriteti öz zəhmətləri, zəkaları və səyləri ilə uğur qazanmaq olmalıdır. Mən onlara həmişə deyirəm: “Uşaqlar, siz işləməlisiniz. Mən öz pulumu xərcləyirəm. Təhsilinizin pulunu ödəyirəm, əsas ehtiyaclarınızı təmin edirəm, amma siz gedib işləməlisiniz”.

Sting əlavə edib ki, övladlarının öz ayaqları üzərində dayanmasını istəyir və böyük mirasın insanı rahatlığa alışdırdığını düşünür.

Bir qismi izləyicisi  onun fikirlərini dəstəkləsə də, digərləri valideyn sərvətinin ailəyə qalmasının normal olduğunu bildirib.