DİQQƏT: BU XƏTALAR DƏRİNİZİ MƏHV EDİR

DİQQƏT: BU XƏTALAR DƏRİNİZİ MƏHV EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demək olar ki, hər kəs sağlam və hamar dəriyə sahib olmaq istəyir.Lakin dəriyə mənfi təsir edən bəzi amillər var.Bəs bunlar nədir? Tibbi Estetik Həkimi Dr. Cenk Gül mövzu haqqında məlumat verib.

Tribuna.az CNN-ə istinadən dəriyə zərər verən amilləri təqdim edir.

DÜZƏNSİZ YUXU

Bədənin özünü yenilədiyi ən vacib vaxt yuxu vaxtı baş verir. Düzənsiz yuxu bütün bədənə, eləcə də dəriyə mənfi təsir göstərir. Sağlam bir dəri üçün balanslı yuxu böyük əhəmiyyət daşıyır. Güclü antioksidant olan melatonin hormonunun ifrazı yuxu zamanı baş verir. Bu, bədən toxumalarının yenidən qurulmasına kömək edir və zədələnmiş hüceyrələri əvəz etmək üçün artan hüceyrə istehsalını stimullaşdırır. Müvafiq olaraq, dərinin gənc, təravətli, parlaq və nəm qalmasına kömək edir.

ZƏİF QİDALANMA

Sağlam və nizamlı qidalanma dəri sağlamlığı üçün də vacibdir. Ən böyük orqanımız olan dəri sağlam olmayan ərzaqlarla və düzgün qidalanmadığı üçün sürətlə qocalır. Dəri üçün lazım olan vitaminləri qəbul etməmək, həddindən artıq duzlu və şəkərli qidaların qəbulu qidalanmada edilən bu səhvlər dəriyə mənfi təsir edir. Tərəvəz və meyvələr, lifli qidalar, bol C vitamini, yumurta, qoz-fındıq kimi qidaları istehlak etmək dəri üçün çox faydalıdır.

SU İÇMƏMƏK

Parlaq bir dəri üçün kifayət qədər su içmək lazımdır. Dərinin nəmliyini qorumaq üçün bol su içmək faydalıdır. Çünki su içmədikdə dərinin quruluşu pozulur və dərinin qurumasına səbəb olur. Həmçinin su bədəndən toksinlərin atılmasını təmin etdiyi üçün dərinin qırışlarının, dərinin solğun və qurumasının qarşısını alır.

KREMLƏRİN TƏRKİBİNƏ DİQQƏT

Dərinin növü və florası insandan insana dəyişkən olduğu üçün, hədəflənmiş məhsul seçmək daha faydalı olacaq. Hamar və parlaq dəri üçün tərkibində C vitamini olan məhsullara üstünlük verilərkən, tərkibində salisilik turşu olan məhsullar sızanaq problemi olan dərilər üçün faydalıdır. Məhsul seçərkən həkiminizlə məsləhətləşə bilərsiniz.

GÜNƏŞ KREMİNDƏN MÜTLƏQ İSTİFADƏ EDİN

Günəşdən yayılan UVA şüaları (qırış yaradan şüalar) il boyu eyni dərəcədə güclü əks olunur. UV və UVB şüalarına məruz qalan dəri yaşlanır, ləkələr və qırışlar əmələ gəlir. Bu zərərli şüalar hətta dəri xərçənginə də səbəb ola bilər. Bu səbəblə dəri tipinə uyğun günəşdən qoruyucu kremlər yay və qış aylarında istifadə edilməlidir.