Bütün pulunu brend çantalara xərcləyir

Bütün pulunu brend çantalara xərcləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, sənətçi sağlam qidalandığını deyib. O bildirib ki, son günlər xeyli çəki atması çoxlarını təəccübləndirib:

“İlk əvvəl beyində nələrisə dəyişin. Yeməyə qarşı münasibətiniz dəyişməlidir, əks halda nə etsəniz də kökələcəksiniz. Sadəcə, kalorilərinizi sayın. Kilonuza uyğun kaloriqəbul edin.

Əməliyyat etdirməmişəm, arıqlayandan sonra bu haqda düşünməmişəm. Bu, uzun vaxt tələb edir. Mənim isə hələ belə vaxtım yoxdur”.

Alış-verişi çox sevən Lətifə aldığı bahalı brendlərdən danışıb:

“Bəzən özümə sual verirəm ki, alım və ya yox. Baxıram, seçirəm, mənə mütləq lazım olduğuna əmin olub alıram. Moda sərgilərinə çox baxıram, nəsə bəyənirəmsə, sifariş edirəm və ya gözləyirəm brend mağaza onu gətirsin dərhal alım. Çanta almaqdan doymuram. Evdə brend çantalardan yer yoxdur. Ən çox çanta alıram. Geyimlərimi də tez-tez dəyişirəm. Amma çantaya mütləq pul verirəm. Heç bir stilistlə çalışmıram. Çünki bəzən yanlış yol göstərirlər”.

Axşam.az