Cari ilin ilk 6 ayında 192 şəxs mühafizə orderi alıb.
Tribuna.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mühafizə orderinin 183-ü qısamüddətli, 9-u uzunmüddətli olub.
“Həmçinin mühafizə orderlərinin 163-ü qadına, 29-u kişiyə verilib. Ötən dövrdən qalanlarla birgə 248 mühafizə orderinin icraatına xitam verilib”, – məlumatda vurğulanıb.









