Ötən gün Bakının mərkəzində dirəyə bağlanmış dəvənin yiyəsi tapılıb.
Tribuna.az xəbər verir ki, həmin dəvə paytaxta kinofilm çəkilişi üçün gətirilibmiş. Çəkiliş prosesinə artıq başlanılıb və bunu əks etdirən video sosial şəbəkələrdə yayılıb.
Orta Asiya növü olan iki hörgüclü heyvan paytaxtın mərkəzində yerləşən “İva” restoranının qarşısında dirəyə bağlanmışdı.









