Azərbaycan İkinci liqasında keçirilən “Kür Araz” – “Araz Saatlı” oyununda dava düşüb.
Tribuna.az xəbər verir ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində futbolçular arasındakı mübahisə davaya çevrilib.
Hər iki komandanın məşqçilər heyəti və futbolçuları əlbəyaxa dava edib. Daha sonra azarkeşlər də davaya daxil olub. Onlardan bir neçəsi meydana düşərək futbolçuları döyməyə çalışıb.
Baş hakim Sənan Bayramzadə 4 futbolçuya qırmızı vərəqə göstərib. Qarşılaşma isə yarımçıq qalıb.
Görüntüləri təqdim edirik:









