Türkiyəli biznesmen, “Acun Medya”nın rəhbəri Acun Ilıcalının 3-cü həyat yoldaşı model Şeyma Subaşı misirli sevgilisinə ərə gedib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, model uzun müddətdir eşq yaşadığı misirli sevgilisi Mohammed Alsaioussi ilə Misirdə evlənib. Cütlük toylarına çox az sayda adam dəvət edib.
Qeyd edək ki, S.Subaşı bunan öncə Acun Ilıcalı ilə ailəli olub və bu nikahdan onların bir qızı var.










