Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış xanəndəsi Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanından tələbəsi və yaxın dostunun İran Prezidenti Məsud Pezeşkianla çəkdirdiyi fotolar sayəsində geri qayıda bilib.
Tribuna.az-ın məlumatına görə, Oxu.az-a açıqlama verən xanəndə bildirib ki, ona köməklik göstərən tələbəsi Nasir Ətəfur və dostu Həbib Şiri Azərdir.
Q.Abbasov bildirib ki, İran prezidenti hakimiyyətə gələn zaman onları qəbul edib.











