Tribuna.az xəbər verir ki, ABŞ-ın “Orange County-nin əsl evdar qadınları” (The Real Housewives of Orange County) realiti-şousunun 71 yaşlı ulduzu Cina Kionun dil xərçəngi remissiya mərhələsinə keçib.
Bu barədə onun yaxın rəfiqəsi Canin Çekkini “Instagram” sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, bu sevindirici xəbər münasibətilə Cina üçün kiçik bir şənlik təşkil ediblər. Paylaşımda onlar balaca itlərlə birlikdə çəkilmiş fotolarını da yayımlayıblar.
Qeyd edək ki, Cina Kio 2025-ci ildə dilində yara aşkar etdikdən sonra stomatoloqa müraciət edib. İlkin olaraq yaranın səbəbinin problemli diş olduğu düşünülsə də, sonradan ona dil xərçəngi diaqnozu qoyulub.
Müalicə müddətində televiziya ulduzu kimyaterapiya və şüa terapiyası kurslarından keçib. Bu proses zamanı o, ürəkbulanma və şiddətli ağrılarla da üzləşib.
İmran Kərimli









