Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbil qatıldığı qala gecəsində yenidən evlənməyə hazır olduğunu bildirib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, qısa müddət əvvəl yollarını ayırdığı keçmiş həyat yoldaşı Gülseren Ceylan barədə danışan Erbil evliliklə bağlı uğurlu nəticə əldə edə bilmədiyini bildirib.
Daha əvvəl beş dəfə nikah masasına oturan şoumen yenidən evlənmək ehtimalını da tam istisna etməyib.
Jurnalistlərin suallarını cavablandıran Mehmet Ali Erbil keçmiş həyat yoldaşı ilə artıq bir-birləri haqqında danışmama qərarı aldıqlarını qeyd edib:
“Yaxşı da oldu, pis də oldu, keçdi getdi. Mən evliliyi demək ki, bacarmıram, beş dəfə sınamışam, amma yenə də cəhd edə bilərəm”.
Gülşən Rəsul









