“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu

“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Tacir Şahmalıoğlu sosial şəbəkələrdə tənqid edilib.

Tribuna.az xəbər verir ki, müğənni televiziyaların birinə verdiyi müsahibədə idarə etdiyi avtomobilin dostları tərəfindən hədiyyə olunduğunu bildirib:

“Ürək dostlarım var, maşını onlar mənə hədiyyə edib. Ad  çəkmirəm, çünki dostlarım adlarının çəkilməsini istəməz”.

Sözügedən müsahibənin görüntüləri sosial şəbəkələrdə  yayıldıqdan sonra izləyicilər onun ev geyimində efirə çıxmasını tənqid ediblər.

Bəzi sosial şəbəkə istifadəçiləri müğənninin geyimini yaşına uyğun olmadığını qeyd edərək belə şərhlər yazıblar:

“60 yaşı var, geyindiyi şalvara bax”.

Digər istifadəçilər isə onun tanınmış şəxs olduğunu vurğulayaraq geyiminə daha çox diqqət etməli olduğunu bildiriblər:

“Adın-sanın var, xalqın içində olan adamsan, dostlarına deyərsən sənə bir normal kişi şalvarı da alsınlar”.