Hər bir xəstəxana təhlil edilib və dörd məlumat mənbəyi əsasında qiymətləndirilib.
Xəstəxana seçimi nadir hallarda asan qərar olur. Çox vaxt bu qərar qeyri-müəyyənlik anlarında qəbul edilir – qeyri-adi simptomlar və ya mürəkkəb diaqnoz artıq pasiyentin üzərinə ağır yük kimi düşəndə.
Tribuna.az xəbər verir ki, Qlobal platforma Statista-nın məlumatına görə, bu il dünyada xəstəxanaların sayının 216 minə yaxınlaşacağı proqnozlaşdırılır. Bu qədər geniş seçim fonunda pasiyentlər və onların ailələri mövcud imkanlar haqqında tam təsəvvür əldə etməkdə çətinlik çəkə bilər.
Bu boşluğu doldurmaq üçün Newsweek Statista ilə əməkdaşlıq edərək “Dünyanın ən yaxşı xəstəxanaları 2026” reytinqini təqdim edib.
Cari qiymətləndirmə 32 ölkədəki xəstəxanaları əhatə edir: Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hindistan, İsrail, İtaliya, Yaponiya, Malayziya, Meksika, Niderland, Norveç, Filippin, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan, Tayland, Türkiyə, BƏƏ, Böyük Britaniya və ABŞ. Bu ölkələr əhalinin sayı, orta ömür uzunluğu, həyat səviyyəsi, xəstəxana sıxlığı və etibarlı məlumatların mövcudluğu kimi meyarlar əsasında seçilib.
Hər bir xəstəxana dörd əsas mənbə üzrə qiymətləndirilib: tibbi ekspertlərin (həkimlər, xəstəxana rəhbərləri və digər səhiyyə mütəxəssisləri) tövsiyələri; xəstəxanaların fəaliyyət keyfiyyəti göstəriciləri; pasiyent təcrübəsinə dair mövcud məlumatlar; həmçinin Statista-nın pasiyentlərin bildirdiyi nəticə göstəricilərinin (PROM) tətbiqi ilə bağlı sorğusu. PROM – pasiyentlərin öz funksional vəziyyətini və həyat keyfiyyətini qiymətləndirdiyi standartlaşdırılmış sorğu formalarıdır.
2026-cı il metodologiyası əvvəlki reytinqlərlə müqayisədə genişləndirilib – siyahıya ilk dəfə Filippin və Türkiyə daxil edilib. Bundan əlavə, bu il qiymətləndirmədə xəstəxanaların fəaliyyət keyfiyyətinə daha çox üstünlük verilib, akkreditasiya, təhlükəsizlik və pasiyent təcrübəsi ilə bağlı yeni məlumatlar nəzərə alınıb, həmçinin PROM göstəricilərinin rolu artırılıb.
Bu il 2500-dən çox xəstəxana qiymətləndirilib və onların arasından 250 ən yaxşı tibb müəssisəsi seçilib. İlk beşlik belədir: Mayo Clinic (Rochester, Minnesota), Toronto General Hospital (Toronto), Cleveland Clinic (Cleveland), Karolinska Universitet Xəstəxanası (Stokholm) və Massachusetts General Hospital (Boston).
Aşağıda “Dünyanın ən yaxşı xəstəxanaları – 2026” reytinqinə daxil olan TOP 50 tibb müəssisəsini təqdim edirik:
Dünyanın 50 ən yaxşı xəstəxanası:
- Mayo Klinikası, Roçester, ABŞ
- Toronto Ümumi Xəstəxanası, Kanada, Toronto
- Klivlend Klinikası, ABŞ, Klivlend
- Karolinska Universitet Xəstəxanası, İsveç, Stokholm
- Massaçusets Ümumi Xəstəxanası, ABŞ, Boston
- Con Hopkins Xəstəxanası, ABŞ, Baltimor
- Şeba Tibb Mərkəzi, İsrail, Ramat-Qan
- Şarite — Berlin Universitet Klinikası, Almaniya, Berlin
- Sürix Universitet Xəstəxanası, İsveçrə, Sürix
- Sinqapur Ümumi Xəstəxanası
- Pitie-Salpêtrière Xəstəxanası, Fransa, Paris
- Heydelberq Universitet Klinikası, Almaniya, Heydelberq
- Tokio Universitet Xəstəxanası, Yaponiya, Bunkyo
- Ronald Reyqan Tibb Mərkəzi, ABŞ, Los-Anceles
- Kopenhagen Universitet Xəstəxanası, Danimarka
- Albert Eynşteyn İsrail Xəstəxanası, Braziliya, San-Paulu
- LMU Klinikası, Almaniya, Münhen
- Briqam və Qadınlar Xəstəxanası, ABŞ, Boston
- Cenevrə Universitet Klinikaları, İsveçrə, Cenevrə
- Vyana Ümumi Xəstəxanası, Avstriya, Vyana
- Lozanna Universitet Xəstəxanası, İsveçrə
- Maunt-Sinay Xəstəxanası, ABŞ, Nyu-York
- Bazel Universitet Xəstəxanası, İsveçrə
- Stenford Xəstəxanası, ABŞ
- Orhus Universitet Xəstəxanası, Danimarka
- Samsung Tibb Mərkəzi, Cənubi Koreya, Seul
- Maunt-Sinay Xəstəxanası, Kanada, Toronto
- Asan Tibb Mərkəzi, Cənubi Koreya, Seul
- Müqəddəs Tomas Xəstəxanası, Böyük Britaniya, London
- Sunnybrook Tibb Mərkəzi, Kanada, Toronto
- Erasmus Klinikası, Niderland, Rotterdam
- Corc Pompidu Avropa Xəstəxanası, Fransa, Paris
- Aqostino Cemelli Klinikası, İtaliya, Roma
- Klod Yurye Xəstəxanası, Fransa, Lil
- Münhen Universitet Klinikası, Almaniya
- Amsterdam Universitet Tibb Mərkəzi, Niderland
- Löven Universitet Xəstəxanası, Belçika
- Müqəddəs Luka Xəstəxanası, Yaponiya
- Severans Xəstəxanası, Cənubi Koreya
- Helsinki Universitet Xəstəxanası, Finlandiya
- Seul Milli Universitet Xəstəxanası, Cənubi Koreya
- La-Pas Xəstəxanası, İspaniya, Madrid
- Niqvarda Klinikası, İtaliya, Milan
- Hamburq Universitet Klinikası, Almaniya
- Kaliforniya Universiteti Tibb Mərkəzi, ABŞ
- Cedars-Sinai Tibb Mərkəzi, ABŞ
- Mayo Klinikası, ABŞ, Ceksonvill
- Utrext Universitet Tibb Mərkəzi, Niderland
- Alfred Xəstəxanası, Avstraliya, Melburn
- 12 Oktyabr Universitet Xəstəxanası, İspaniya, Madrid
İmran Kərimli









