Trampın diqqəti bu ölkəyə yönəldi – 51-ci ştat ola bilər

Trampın diqqəti bu ölkəyə yönəldi – 51-ci ştat ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Venesuelanın gələcəkdə ABŞ-ın 51-ci ştatına çevrilə biləcəyini bildirib. O, ölkə ilə münasibətlərin yaxşı olduğunu vurğulayaraq, Venesuelada prezident əvəzinə qubernator seçkilərinin keçirilməsi ehtimalını gündəmə gətirib.

Tribuna.az  xəbər verir ki, Tramp bu barədə noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində Texasda təşkil olunan mitinqdə danışıb.

ABŞ lideri Venesueladan böyük həcmdə neft aldıqlarını və bəzi Amerika neft şirkətlərinin bu ölkədə ciddi investisiyalarının olduğunu deyib. Onun fikrincə, Venesuela gələcəkdə iqtisadi cəhətdən daha firavan ölkəyə çevrilə bilər.

Tramp Venesuelanın ABŞ-a birləşməsi ehtimalından danışaraq, ölkənin 51-ci ştat ola biləcəyini irəli sürüb. O, bu halda dövlət başçısı əvəzinə qubernator seçkilərinin keçirilməsini təklif edib.

ABŞ Prezidenti çıxışında İranla müharibəyə də toxunub. O, münaqişənin yaxın vaxtlarda başa çatacağını iddia edib və İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini bildirib.

Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı qərarını müdafiə edərək, eyni şərait yaranacağı təqdirdə yenidən belə bir addım atacağını söyləyib. O, həmçinin ABŞ-da yanacağın qiymətlərinin yaxın zamanda sürətlə aşağı düşəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Venesuelanın ABŞ-ın ştatına çevrilməsi ilə bağlı açıqlama Trampın bəyanatıdır və bu, ölkənin ABŞ-a birləşdirilməsi barədə qəbul edilmiş qərar demək deyil.

İmran Kərimli