Zülfiyyə Qurbanova: “Münaqişəli verilişlərə getməməyə çalışıram”

Zülfiyyə Qurbanova: “Münaqişəli verilişlərə getməməyə çalışıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə gedən müzakirələr və qalmaqallardan sonra iki veriliş – Elgizin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə”, Tolikin isə Space TV-də ekrana çıxan “Tarixin bir günü” proqramları bağlanıb.

Sənət adamı olaraq televiziya məkanında bu tip proqramların yerini necə qiymətləndirirsiniz?
Televiziya verilişlərinin keyfiyyəti və etik çərçivəsi tez-tez müzakirə olunur. Tolik və Elgizin proqramları ətrafında yaranan mübahisələr fonunda sizcə, efir mədəniyyəti hansı istiqamətdə dəyişməlidir?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən aktrisa Zülfiyyə Qurbanova bildirib ki, mən efirləri izləmirəm və efiri ona görə açıram ki, serialımı izləyim. O da ki, çatdırdığım qədər… Çatdırmayanda YouTube kanalı üzərindən seraillarımı seyr edirəm.

Aktrisanın sözlərinə görə, verilişlərdən sosial şəbəkələrdə yayımlanan qısa videolar vasitəsilə xəbərdar oluram. Parça-parça dava-şavalar paylaşılanda bilirəm ki, belə bir veriliş var və qonaqlar gəlib və s.

“Bu haqda xüsusi bir fikir bildirməyim nəyisə dəyişəcəkmi, bilmirəm. Amma könül istərdi ki, verilişlərdə səviyyəli, samballı, gözəl qonaqlar olsun. Onlar sənətdən danışsınlar və məşiət mövzuları, qırğın-dava işıqlandırılmasın. Yaradıcılıqdırsa, yaradıcılıqla bağlı olsun. Mövzu nə olursa olsun, o sahənin mövzusu ilə bağlı danışılsın. Reytinq xətrinə olan mübahisələr olmasın. O biri verilişlər barədə mən bir fikir deyə bilmərəm. Necə lazımdırsa, nəyi məsləhət bilirlərsə, o qərarı da versinlər. Çünki mən aktrisa kimi bacardığım qədər çalışıram ki, mübahisənin, münaqişələrin olduğu verilişlərə getməyim. Təsadüfən getsəm də orada yaxamı çəkib kənarda dururam ki, o münaqişələrə qarışmayım. Çünki mən sənətdən və yaradıcılığımdan danışa bilərəm”.

Dəniz Pənahova