Yeni general Kəmaləddin Heydərovun xanımının dayısı oğlu imiş

Yeni general Kəmaləddin Heydərovun xanımının dayısı oğlu imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib.

Sərəncama əsasən  polkovnik Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.

Oxu24.com-un  əldə etdiyi məlumata görə,Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı  Ruhəngiz Heydərovanın dayısıdır.

Onlar əslən Ağdaş rayonundan olsalar da, sonradan Qəbələ şəhərinə köçüblər.

Qaynarinfo-nun məlumatına görə, bu gün general-mayor rütbəsi alan digər şəxs – Seymur Qaraşov isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.