XANKƏNDİ QULDURLARINA SİLAH DAŞIMAĞIN AXIRI… – TERRORÇULARIN MƏHVİ AN MƏSƏLƏSİ!

XANKƏNDİ QULDURLARINA SİLAH DAŞIMAĞIN AXIRI… – TERRORÇULARIN MƏHVİ AN MƏSƏLƏSİ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyi ruslarla ermənilərin yeni keçid yollarla Qarabağa canlı qüvvə və silah daşıdığını aşkarlayıb. Müşahidə kameraları torpaq yolların nəzarətə götürülməsindən sonra yeni keçid yollarla bölgəyə qanunsuz daşımalar olduğunu qeydə alıb və görüntülər yayılıb. Nazirlik bununla bağlı Ermənistana xəbərdarlıq edib.

Tribuna.az-a danışan siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, sonuncu cəhd artıq həyasızlığın son həddidir. Onun fikrincə, məqsəd erməni silahlı qüvvələrinin sayını artırmaq və təmas xəttini genişləndirməkdir. Ekspert bu gedişatın yeni təxribatlarla nəticələnəcəyini düşünür: “Ruslar onlara aid işdən başqa hər şeylə məşğuldur. Faktiki , rus hərbçiləri terrorçulara silah daşımağa kömək edir. Bu həyasızlıq əndazə tanımır. Azərbaycan sərt addımlar atmalı olacaq. Bizi antiterror əməliyyatına vadar edirlər. Onlara kim ixtiyar verib ki, Qarabağa erməni hərbçisi və silah daşısınlar? Rusların işi sülhyaratma missiyasıdır. Amma terrorçulara dəstək verirlər. Onlar bunun üçün bölgəyə yerləşib? Hesab edirəm ki, erməni separatçılarının başının əzilməsi vaxtı çatıb. Prezident də qeyd etdi ki, bizim səbrimizlə oynamasınlar”.