Vüqar Əhməd saxlanılıb? – açıqlama verdi – YENİLƏNİB

Vüqar Əhməd saxlanılıb? – açıqlama verdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şair Vüqar Əhməd saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Bu barədə Lent.az-a danışan şair yayılan məlumatların doğru olmadığını deyib:

“Yalan məlumatdır. Hazırda evimdə oturub çay içirəm”.

***

Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.

Tribuna.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, o səhər saatlarında işə gedərkən saxlanılıb.

Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.

V.Əhmədin saxlanılması ilə bağlı xəbəri Manset.az-a çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.

“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.