Rusiya Silahlı Qüvvələrinin Ukraynada təslim olmuş 74-cü motoatıcı briqadasının kəşfiyyat tağımı komandiri Konstantin Buyniçevin dindirilməsinin görüntüləri yayılıb.TİA.AZ xəbər verir ki, o, tağımının Belarusdan Ukraynaya hücum etdiyini təsdiqləyib.
Buyniçev əslən Kemerovo vilayətindən olduğunu, hərbi müqaviləsini 2006-cı ildə imzaladığını qeyd edib.









