Ucarda valideyn övladının qanunsuz şəkildə məktəbdən kənarlaşdırıldığını iddia edir.
Tribuna.az xəbər verir ki, Nərmin Xəlilovanın sözlərinə görə, oğlu əvvəllər Ucar şəhər 1 nömrəli məktəbdə təhsil alıb və dərslərə davamiyyəti normal olub.
O bildirib, uşaq üzrlü səbəb olmadan dərslərdən qalmayıb, buna baxmayaraq, məktəbdən kənarlaşdırılıb.
Valideynin iddiasına görə, işlə əlaqədar bir müddət İsmayıllı rayonunda yaşamalı olub və buna görə övladını oradakı məktəblərdən birinə yerləşdirib. Lakin kirayə və digər xərclərin çox olması ucbatından yenidən Ucara qayıdıb.
N.Xəlilova deyib ki, sentyabrın 15-də oğlunun əvvəlki məktəbinə müraciət edərək onun təhsilini davam etdirməsini istəyib. Lakin məktəbdən uşağın qəbul edilməyəcəyi bildirilib. Valideyn məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət edib, lakin hələlik nəticə əldə edə bilməyib. O, aidiyyəti qurumlardan övladının təhsil hüququnun təmin olunmasını və məktəbə qaytarılmasını istəyir.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə “Xəzər Xəbər”ə bildirilib ki, səsləndirilən iddialarla bağlı idarə tərəfindən araşdırma aparılır.
Ucar rayonunda valideyn övladının qanunsuz şəkildə məktəbdən kənarlaşdırıldığını iddia edir.
Xezerxeber.az-ın məlumatına görə, Nərmin Xəlilova deyir ki, oğlu əvvəllər Ucar şəhər 1 nömrəli məktəbdə təhsil alıb və üzrlü səbəb olmadan dərslərdən qalmayıb.
Onun sözlərinə görə, buna baxmayaraq, uşağın nadinclik etdiyi əsas gətirilərək məktəbdən uzaqlaşdırılıb.
Valideyn deyir ki, işi ilə əlaqədar bir müddət İsmayıllı rayonunda yaşamalı olub və övladını orada məktəbə yerləşdirib. Lakin kirayə və digər xərclər səbəbindən yenidən Ucara qayıdıb.
Nərmin Xəlilova məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etdiyini, lakin hələ də nəticə əldə edə bilmədiyini deyir. O, aidiyyəti qurumlardan övladının təhsil hüququnun təmin olunmasını və məktəbə qaytarılmasını istəyir.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə “Xəzər Xəbər”ə bildirildi ki, səsləndirilən iddialarla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.









