Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını geri çəkilməyə məcbur edərək, Xarkov vilayətinin Vovçansk şəhəri ətrafındakı meşə ərazisini təmizləyib.
Tribuna.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Məlumatda Vovçanskın şərqində 10 kvadratkilometr ərazidəki meşə massivinin azad edildiy bildirilib. Ərazidə keçirilən əməliyyat zamanı üç Rusiya diversiya qrupunun mövqelərindən çıxarıldığı qeyd olunub.









