Bir ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi Bakıda mənzil qiymətlərini kəskin qaldırıb.
Tribuna.az xəbər verir ki, ötən ilin əvvələrində 80-90 minə təklif edilən 3 otaqlı evlər indi 130-150 mindən aşağı deyil.
Bahalaşmaya səbəb 2022-ci ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan edilməsindən sonra orada yaşayan azərbaycanlıların bir qisminin ölkəyə geri qayıtması və ev alanların sayının artması olub. Ekspertlərin fikrincə, ötən illərlə müqayisədə bu il ev qiymətləri 20-30 faiz bahalaşıb.









