Bakı həbsxanasında olan David Babayanın məktubu yayılıb.
Tribuna.az bildirir ki, Qarabağda qondarma xarici işlər naziri olmuş Babayan sayıqlayıb.
“Ayın 18-də bizə artıq apelyasiya məhkəməsinin hökmünün elektron versiyası təqdim edildi. Təbii ki, əvvəlki kimi orada heç bir imza, hətta bir dənə də rəsmi qeyd yoxdur. Buna baxmayaraq, onlar onu gətirib bizə verdilər, ümumi həcmi 47 cilddir. İkinci məsələ odur ki, vəkillərimiz Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Üç nəfərin vəkilləri onu veriblər, digərləri üçün verməyiblər və ya onların bunu verdiyindən xəbərsizik. Bəlkə də bu, bir oyundur, bilmirəm hansı məqsədlə, amma buna baxmayaraq, bu iki mühüm hadisə baş verib”, – deyə Babayan əsassız fikirlər irəli sürüb.
O, geniş çıxış edib və qondarma “artsax” haqqında sözlər yazıb. Babayan iddai edib ki, guya Azərbaycan xunta rejiminin cinayətkar bir dəstə olduğunu sübut edə bilmir. Bunu ancaq belə xəstələr deyə bilər. Ona görə layiqli yerindədir və islah olunmasına hələ çox var…
Həsən Ağa









