Dövlət Turizm Agentliyi daha bir tender elan edib.
Tribuna.az xəbər verir ki, dövlət qurumu xaricdə keçiriləcək turizm sərgisində iştirak etmək fikrindədir.
Belə ki, 03 – 05 mart 2026-ci il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçiriləcək “TB Berlin” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması nəzərədə tutulub. Bu məqsədlə Agentlik 291 min 778 manat xərcləməyi planlaşddırıb.
Qeyd edək ki, həmin pulla stendin döşəməsinin hazırlanması, stendin strukturunun hazırlanması, qrafik işlər, mebellərin quraşdırılması, işıqlandırma işləri və keyterinq xidmətləri alınacaq.
P.S. DTA-nın beynəlxaq sərgilərdə iştirakına qarşı deyilik. Lakin Agentlik təkcə sərgi deyil, həm də bloggerləri ölkəyə gətirmək üçün xərclədiyi pulları daha məqsəduyğun işlərə sərf etsəydi, bu gün istədiyi nəticəni ala bilərdi. Birdə ki, bir stendin quraşdırılması üçün 292 min manat çox deyilmi?
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur









