Tiktoker insan alverinə görə HƏBS OLUNDU

Tiktoker insan alverinə görə HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə “Enoor” adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib.

Tribuna.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə o saxlanılıb.

Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir./Qafqazinfo