TEHRAN YENİ PLAN HAZIRLAYIR?

TEHRAN YENİ PLAN HAZIRLAYIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Azərbaycanın 4 diplomatını “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etdiyinə dair məlumatlar yayılıb. Bu, Bakının analoji addımına cavab kimi görünür, lakin həm də Bakı-Tehran xəttində “müvəqqəti elan edilmiş atəşkəsin pozulması” kimi qiymətləndirilə bilər.

Tribuna.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, Əliyevin Şuşada verdiyi açıqlamalar Tehranın Bakının tələblərini icra etmədiyini, bu baş vermədiyi müddətdə münasibətlərin düzəlməsinin də sual altında olduğu fikrini önə çıxardı:

“Bununla yanaşı, İranda “Hüseyniyyun” qruplaşmasının saxlanılan üzvlərinin azadlığa buraxılması və mollalarla poz verməsi də Tehranın yenidən hücuma keçməsi ehtimalını artırır”.