Kventin Tarantino milyard dollarlıq gəlir gətirən” Aclıq Oyunları”seriyası ilə bağlı son dərəcə sərt açıqlamalar verib.
Tribuna.az xəbər verir ki, bu barədə” İndependent” nəşri məlumat yayıb.
Bret Easton Ellis Podcast-a verdiyi müsahibədə iki dəfə Oskar mükafatı almış rejissor “Aclıq Oyunları”nı 2000-ci ildə Yapon filmi Battle Royale (Batoru Rowaiaru) kopyalamaqda günahlandırıb.
Kouşun Takaminin 1999-cu ildə eyniadlı romanından uyğunlaşdırılan Battle Royale Tarantinonun sevimli filmlərindən biridir.
Tarantino “Yapon müəllifinin “Aclıq Oyunları” kitabının müəllifi Suzan Kollinsi niyə məhkəməyə vermədiyini başa düşə bilmirəm” deyərək, o, davam edib:
“Onlar kitabı tamamilə köçürüblər. “Aclıq Oyunları” ilə tanış olmayan kitab tənqidçiləri bu oxşarlığı görmədilər. Hamısı Kollinzin işini “indiyə qədər oxuduqları ən orijinal əsər” kimi təriflədilər. Bununla belə, filmi görən kino tənqidçiləri dərhal “Aclıq Oyunlarının sadəcə 13+ versiyasıdır!” dedi.
İki əsər arasındakı oxşarlıqlar 2012-ci ildə ilk filmdən bəri qızğın mövzu olub.
Dəniz Pənahova









