Sumqayıtlı şagird dünyanın nüfuzlu universitetinə qəbul olub

Sumqayıtlı şagird dünyanın nüfuzlu universitetinə qəbul olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtlı məktəblinin böyük uğuru

Tribuna.az xəbər verir ki, son buraxılış imtahanında 300 bal toplayan Sumqayıt  şəhər, 23 nömrəli Texniki Fənlər Təmayüllü Liseyin 11A sinif şagirdi Tuncay Əmiraslanlı dünyanın nüfuzlu ali məktəblərindən biri  lan ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Böyük Britaniyanın Mançester Universitetinin (The University of Manchester) Aerokosmik mühəndislik fakültəsinə qəbul olub.
Qeyd edək ki, Əmirslanlı Tuncay Natiq oğlu Fizika və astronomiya üzrə respublika olimpiadalarında dəfələrlə qızıl, gümüş və bürünc medallar qazanıb,intellektual yarışlarda uğur qazanıb.

Tuncay Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 7-ci sinfində oxuyarkən Respublika Fənn Müsabiqəsində (RFM) fizika-məntiq fənni üzrə qızıl medal qazanıb. 8-ci sinifdə Respublika Fənn Olimpiadasında (RFO) fizika fənni üzrə qızıl medal (birincilər birincisi) əldə edib.
9-cu sinifdə həm RFO, həm də Respublika Astronomiya Olimpiadasında qızıl medala layiq görülüb, eyni zamanda buraxılış imtahanında maksimum — 300 bal toplayıb.

10-cu sinifdə RFO fizika fənni üzrə bürünc medal, Respublika Astronomiya Olimpiadasından isə qızıl medal qazanıb.

Hazırda liseyin 11A sinfində təhsil alan Tuncay bu il də uğurlarını davam etdirərək RFO fizika fənni üzrə II yer — gümüş medal əldə edib, həmçinin buraxılış imtahanında 275,6 bal toplayıb.

İmran Kərimli