“Sülh jurnalistikası yaradılmalıdır”-Xəzər Teyyublu təkliflə çıxış edib

“Sülh jurnalistikası yaradılmalıdır”-Xəzər Teyyublu təkliflə çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 13-də “Vətəndaş cəmiyyətinin sülh prosesində rolu” mövzusunda ictimai müzakirə təşkil olunub.

Müzakirənin məqsədi “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoqun nəticələrini ictimaiyyətlə bölüşmək, mövcud vəziyyəti açıq şəkildə müzakirə etmək və davamlı sülhün formalaşdırılması üçün praktik təkliflər irəli sürmək olub.

Tədbir zamanı vətəndaş cəmiyyəti institutlarının sülh gündəliyinə daha sistemli cəlb edilməsi yolları, ictimai kommunikasiya və etimad quruculuğu mexanizmləri, həmçinin ekspert dairələri, QHT-lər və media arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan Milli QHT Forumu nun idarə heyətinin sədri Ramil İskəndərli bildirib ki, Prezident Ilham Aliyev yalnız qələbə qazanan lider kimi deyil, həm də sülh prosesini idarə edən lider kimi çıxış edir:

“ABŞ-də əldə olunmuş razılaşmalardan sonra Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə dair mühüm addımlar atılıb. Vətəndaş cəmiyyəti olaraq biz birbaşa dialoq qurmağa nail olmuşuq. Oktyabrın 21-22-də Azərbaycan nümayəndə heyəti Ermənistana, noyabrın 21-22-də isə Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edib. Görüşlər üçüncü tərəflərin iştirakı olmadan, hər iki dövlət rəhbərliyinin dəstəyi ilə keçirilib. Tədbirin əsas məqsədi davamlı sülh üçün təkliflərin toplanması və qarşılıqlı etimadın möhkəmləndirilməsi olub”.

Sosial Hüquqların Müdafiə Mərkəzinin sədri Xəzər Teyyublu tədbirdə iştirak edib. Ölkeqezeti.az-a açıqlamasında X.Teyyublu bildirib ki, tədbirdə çıxış edib və sülh prosesin dəstəklədiyini bildirib. QHT sədri regionlarda vətəndaş cəmiyyəti institutlarının koordinasiyalı fəaliyyət göstərməsini təklif edib. “Müharibədən sonra  əhalinin müəyyən qruplarının ağır sosial-psixoloji durumdan çıxarılması üçün əməli işlər görmək lazımdır.  QHT rəhbərləri beynəlxalq platformalarda fəal olmalı, sülh prosesini dəstəkləməlidir”. X.Teyyublu sülh jurnalistikasının yaradılmasını təklif edib.