Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda bu gün koronavirus infeksiyasına 5 948 yeni yoluxma faktı qeydə alınıb, 7 060 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
TİA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 29 nəfər COVID-19-dan dünyasını dəyişib.
Bu gün COVID-19 əleyhinə 43 692 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 788, “buster” doza üzrə isə vaksinasiya olunanların sayı 38 835 olub.
Vurulan vaksinlərin ümumi sayı 12 434 328, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 264 564, ikinci mərhələ üzrə 4 762 493nəfər təşkil edir. Ümumilikdə isə 2 407 271 “buster” doza vurulub.