Smartfonda silinməyən məlumatlar: “Gizli zibillər” harada qalır?

Smartfonda silinməyən məlumatlar: “Gizli zibillər” harada qalır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Android cihazlarında tətbiqi silmək həmin proqramla bağlı bütün faylların avtomatik olaraq tam yox olması demək deyil.

Tribuna.az  xəbər verir ki, “MakeUseOf” nəşri istifadəçilərin çoxunun bu məsələdə yanıldığını bildirib.

Media mütəxəssisi Şahir Xanın sözlərinə görə, telefondan silinən tətbiqlər yaddaşda keş faylları, sistem məlumatları və digər qalıq informasiyalar saxlaya bilər. Bu səbəbdən proqramın silinməsi onun bütün izlərinin aradan qalxdığı anlamına gəlmir.

Ekspert bu vəziyyəti “Call of Duty: Mobile” oyunu üzərindən nümunələndirib. O, tətbiqi quraşdırıb daha sonra sildikdən sonra smartfon yaddaşında təxminən 1,5 giqabayt həcmində əlavə faylların qaldığını müəyyən edib.

Şahir Xan istifadəçilərə telefon yaddaşındakı qovluqları yoxlamağı və silinmiş proqramlardan qalan faylları təmizləmək üçün xüsusi yaddaş təmizləyici vasitələrdən istifadə etməyi tövsiyə edib.

Mütəxəssis qeyd edib ki, Android sistemi yaddaşdakı bütün məlumatlara tam giriş imkanı vermədiyi üçün bəzi hallarda üçüncü tərəf tətbiqlərindən istifadə zəruri olur. Bu proqramlar vasitəsilə yaddaşda yer tutan qalıq faylları aşkar etmək və silmək mümkündür.