İranlı politoloq və “Ermənistan-İran əməkdaşlığının inkişafı fondu”nun direktoru Puya Hüseyni həyasızcasına saxtakarlıqla dolu açıqlama yayıb. Tribuna.az xəbər verir ki, o, Azərbaycanın tarixən olmadığını iddia edib.
Hüseyni iddia edib ki, bütün kitablarda, bir çox ölkələrin skrab kitabçalarında və qədim sənədlərində “ermənistan” və “ermənilər” adları, o cümlədən İranda 2500 illik Persepolisdə qeydlər var. “Bəs Azərbaycanın adı tarixdə hardadır? Başqa ölkələrin və xalqların adını, mədəniyyətini, tarixini oğurlamaqla özünüzə kimliyini və şərəfini satın ala bilməzsiniz”.
P.S. Puya Hüseyni ermənidən daha çox erməni kimi çıxış etməklə yanaşı, həm də saxtakardır. Ona görə ki, “Ermənistan” ifadəsi heç vaxt tarixi mənbələrdə ola bilməzdi. Çünki bu ad 1920-ci ildən sonra ortaya çıxıb. Azərbaycan adına gəldikdə isə o, kor gözlərini açıb diqqətlə tarixi mətnlərə baxa bilər. Və əgər görə bilsə, Azərbaycan adının hansı dövrlərə qədər gedib çıxdığına şahid olacaq.
Fərda Uğur









